Peter Siyarto Dövlət Departamentinin hesabatını kəskin tənqid edib
Mart 23, 2023 23:20 Asia/Baku
Macarıstan dövləti ABŞ Dövlət Departamentinin başqa ölkələrdə insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlamasını şokedici adlandırıb.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ Dövlət Departamentinin birtərəfli məlumatlara əsaslanaraq, digər ölkələrdə insan haqlarının vəziyyəti ilə bağlı hesabatlar hazırlaması, həmçinin digər dövlətlərin daxili işlərinə qarışması şokedici və qəbuledilməzdir. Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto bəyan edib.
Nazir vurğulayıb ki, Dövlət Departamentinin digər ölkələri xarakterizə etməyi və digər dövlətlərin daxili problemləri və vəziyyətləri ilə bağlı oxşar bəyanatlar verməyi öz üzərinə götürməsi onu şoka salıb.