Mart 25, 2023 19:45 Asia/Baku
  • Missisipi ştatında qasırğa nəticəsində azı 23 nəfər həlak olub

Missisipi ştatında dünən gecə baş verən tornado və güclü tufan nəticəsində ən azı 23 nəfərin öldüyü bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, qurbanların sayının daha da arta biləcəyi gözlənilir.

Rəsmilərin sözlərinə görə, bu tornadolar öz hərəkətləri istiqamətində 150 kilometrdən çox məsafədə dağıntılar və ziyan izi buraxıb.

Ağaclar və elektrik xətləri kökündən qoparılıb, on minlərlə ev işıqsız qalıb.

Missisipinin qərbində yerləşən Rolling Fork sakini şəhərin tamamilə məhv edildiyini deyib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Bir sıra digər cənub ştatları da tornado ilə mübarizə aparmaq üçün hazır vəziyyətə gətirilib.

Teqlər