Fransada bu səfər polis zorakılığına qarşı kütləvi nümayişlər başladı
Çoxlu sayda Fransa vətəndaşı etirazçılara qarşı polisin zorakılığının artması əleyhinə yürüş keçiriblər
SəhərAzəri-nin məlumatına əsasən, Euronews telekanalının məlumatına görə, dünən (cümə) Fransanın qərbində yerləşən Niort küçələri kütləvi nümayişlərə şahidlik edib.
Hökumət binalarından qarşısına toplaşan yüzlərlə Fransa vətəndaşı əllərində “Polis qatillərə şərik oldu” şüarı yazılmış plokatlarla polis zorakılığının artmasına etiraz ediblər.
Ötən həftəki nümayişdən sonra keçirilən bu aksiyada polis qüvvələri ilə nümayişçilərin toqquşması nəticəsində 200-ə yaxın adamın yaralandığı bildirilir.
Bu xəbərə görə, Fransa polisi, təcili yardım maşınlarının hərəkətinə mane olmaqda və ötən həftəki etirazların qurbanlarını daşımasına qarşı çıxmasıyla günahlandırılır.