Apr 01, 2023 18:06 Asia/Baku
  • Rusiya: Belarusda nüvə silahının yerləşdirilməsi nüvə silahının yayılmaması ilə bağlı öhdəlikləri pozmur

Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia bildirib ki, Rusiya Belarusda nüvə taktiki silahları yerləşdirməklə nüvə silahının yayılmaması sahəsində üzərinə götürdüyü öhdəlikləri pozmur.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin də, ötən şənbə günü Belarusla razılaşmadan sonra orta mənzilli nüvə silahlarını bu ölkədə yerləşdirəcəyini bəyan edib. Onun sözlərinə görə, artıq bu qərar qəbul edilib və bu, BMT-nin nüvə silahının yayılmaması ilə bağlı qətnamələrini pozmur.

Xəbərlərə görə, Rusiyanın BMT-dəki səfiri və daimi nümayəndəsi Vasili Nebenzia cümə günü Təhlükəsizlik Şurasının iclasında Belarusda nüvə silahlarının yerləşdirilməsi ilə bağlı çıxışında deyib: “Moskva Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsini qadağan edəcək beynəlxalq öhdəliklərini pozmadan bu tip silahların yayılmasını yerinə yetirəcək..."

Rusiya səfiri bu silahların Belarus tərəfindən istifadə edilməyəcəyini vurğulayaraq, onların Rusiyanın nəzarətində olacağına işarə edib. O həmçinin xatırladılıb ki, Amerika bütün Avropada bir sıra nüvə silahı yerləşdirib.

Bu arada isə, Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov cümə günü çıxışında deyib: “Amerika Belçika, Almaniya, Hollandiya və Türkiyədən nüvə silahlarını çıxarmalıdır”.

Rıbakov bəyanatında bunu da bildirib ki, Rusiyanın taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsinin Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə uyğun olaraq həyata keçiriləcəyini və döyüş başlıqları və texnologiyalarına nəzarətin Rusiyanın əlində olacağını bildirib.

 

Teqlər