Blinken amerikalı jurnalistin azad olunmasını tələb edib
https://azeri.sahartv.ir/news/dünya-i398778-blinken_amerikalı_jurnalistin_azad_olunmasını_tələb_edib
Amerika dövlət katibi bazar günü rus həmkarı ilə telefon söhbətində «Uol Strit Cournal» nəşrinin Moskvada həbs olunmuş müxbiri Evan Gerşkoviçin azad olunmasını tələb edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2023 09:18 Asia/Baku
  • Blinken amerikalı jurnalistin azad olunmasını tələb edib

Amerika dövlət katibi bazar günü rus həmkarı ilə telefon söhbətində «Uol Strit Cournal» nəşrinin Moskvada həbs olunmuş müxbiri Evan Gerşkoviçin azad olunmasını tələb edib.

Rusiya Xarici İşlər Nazirliyi bir bəyanatda bildirib ki, bu ölkənin xarici işlər naziri Sergey Lavrov öz amerikalı həmkarı Entoni Blinkenlə söhbətdə vurğulayıb ki; sözügedən Amerika vətəndaşının qanunsuz fəaliyyətlərindən qeydə alınmış faktlara əsasən, onun gələcəyi məhkəmə tərəfindən müəyyən ediləcək.

Rusiya Xarici İşlər Nazirliyi əlavə edib: Gerşkoviçin casusluq ittihamı ilə həbs olunması məsələsi çərçivəsində Lavrov vurğulayıb ki, bu Amerika vətəndaşı gizli informasiyalar əldə edər və jurnalistlik çətiri altında Rusiyanın sirli məlumatlarını toplamaqda olarkən yaxalanıb.