Pakistan baş naziri İranla ticarət həmkarlığının genişləndirilməsinə təkid edib
https://azeri.sahartv.ir/news/dünya-i398799-pakistan_baş_naziri_İranla_ticarət_həmkarlığının_genişləndirilməsinə_təkid_edib
İran İslam Respublikası ilə sərhəd əyalət kimi Bəluçestan əyalətinin inkişaf etdirilməsinin önəmini vurğulayan Pakistan baş naziri iki qonşu ölkə arasında ticarət əməkdaşlıqlarının gücləndirilməsini istəyib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 04, 2023 17:31 Asia/Baku
  • Pakistan baş naziri İranla ticarət həmkarlığının genişləndirilməsinə təkid edib

İran İslam Respublikası ilə sərhəd əyalət kimi Bəluçestan əyalətinin inkişaf etdirilməsinin önəmini vurğulayan Pakistan baş naziri iki qonşu ölkə arasında ticarət əməkdaşlıqlarının gücləndirilməsini istəyib.

İran-Pakistan münasibətləri son illər ərzində iqtisadi, ticari və sərhəd sahələrində diqqətəlayiq irəliləyişlə müşayiət olunub.

Pakistan baş naziri Şahbaz Şərif İslamabadda müdafiə məhsulları naziri, energetika üzrə müşavir nazir, həmçinin Bəluçestan Milli Partiyası və Bəluçestan Avami Partiyasından olan milli məclis nümayəndələrinə şamil olan bu ölkənin Bəluçestan əyalətindən yüksək səviyyəli nümayəndə heyəti ilə görüşüb.

Pakistan baş nazirlik ofisi bir bəyanatda bildiribdir ki, Şərif həmin görüşdə bu sərhəd əyaləti ilə İran arasında ticarət mübadilələrinin artırılmasını istəyib.