Apr 24, 2023 10:37 Asia/Baku
  • Sudan: Ömər Əl-Bəşir həbsdən azad edilib

Keçmiş prezident Ömər Əl-Bəşir də daxil olmaqla çoxlu sayda sudanlı məhbus azad edilib.

SəhərAzəri-nin məlumatına görə, Sudanın paytaxtında hakimiyyət uğrunda şiddətli qarşıdurmalarla eyni zamanda Xartumun şimalındakı "Kober" həbsxanasından çoxlu sayda məhbus azad edilib.

Bu məhbusların azadlığa buraxılmasının təfərrüatları açıqlanmayıb.

Ömər əl-Bəşir 1989-cu ildən (1378) Sudanı idarə edirdi. O, 2019-cu il aprelin 11-də Xartumda və ölkənin bir sıra əyalətlərində yüksək qiymətlərə və pis həyat şəraitinə etiraz olaraq keçirilən nümayişlərdən sonra hakimiyyətdən uzaqlaşdırıldı və ölkədə keçid hökuməti hakimiyyəti ələ keçirdi.

Sudanda silahlı toqquşmalar ötən həftənin şənbə günü səhər saatlarında silahlı qüvvələrlə çevid dəstək qüvvələri arasında başlayıb və atəşkəs elan edilməsinə baxmayaraq, ölkənin müxtəlif bölgələrində qarşıdurmalar davam edir.

Sudan ordusu və Çevik Dəstək Qüvvələrinin çarpaz hücumları nəticəsində ictimai əmlaka ziyan dəyib, Xartumun bəzi ərazilərində su və elektrik təchizatı kəsilib.

Son statistik məlumatlara görə, ölənlərin sayı 425-ə, yaralıların sayı isə 3 min 730-a çatıb.

Teqlər