Seymur Herş: Ukraynaya gətirilən silahlar qara bazara çıxarılır
https://azeri.sahartv.ir/news/dünya-i399395-seymur_herş_ukraynaya_gətirilən_silahlar_qara_bazara_çıxarılır
Araşdırmaçı jurnalist Seymur Herş deyib ki, Qərb Ukrayna silahlı qüvvələrinə verilən silahların qara bazara daxil olmasına susub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2023 08:01 Asia/Baku
  • Seymur Herş: Ukraynaya gətirilən silahlar qara bazara çıxarılır

Araşdırmaçı jurnalist Seymur Herş deyib ki, Qərb Ukrayna silahlı qüvvələrinə verilən silahların qara bazara daxil olmasına susub.

SəhərAzəri-nin məlumatına görə, bu barədə bazar günü amerikalı jurnalist Seymur Herş deyib: "Qərb bilir ki, Ukrayna əsgərlərinə verilən silahlar qara bazara yol tapır, amma onların mediası buna susur.”

Jurnalistin fikrincə, hətta münaqişənin ilkin mərhələsində Polşa, Rumıniya və digər həmsərhəd ölkələr “döyüş əməliyyatları üçün Ukraynaya verilən silahlarla dolu idi. Müxtəlif komandirlər, polkovniklər və başqaları - silah göndərişlərini alırdılar və onları şəxsən yenidən satırdılar və ya qara bazara çıxarırdılar.