Ekstremist hindular Hindistanın İslam kitabxanasını yandırıblar
https://azeri.sahartv.ir/news/dünya-i399404-ekstremist_hindular_hindistanın_İslam_kitabxanasını_yandırıblar
Hindistanda ekstremist hindular bir əsrdən çox ömrü olan İslam kitabxanasını qədim əlyazmaları ilə birlikdə məhv ediblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Apr 24, 2023 15:01 Asia/Baku
  • Ekstremist hindular Hindistanın İslam kitabxanasını yandırıblar

Hindistanda ekstremist hindular bir əsrdən çox ömrü olan İslam kitabxanasını qədim əlyazmaları ilə birlikdə məhv ediblər.

SəhərAzəri-nin məlumatına görə, sayları mindən çox olan ifratçı hindular martın 31-də Mübarək Ramazan ayına təsadüf edən "Ram Navamlı" adlı hindu yürüşündə İslam əleyhinə şüarlar səsləndirərək, bu kitabxananı içindəki qədim nüsxələrlə birlikdə yandırıblar.

Bhərəkət ötən ay hinduların dini bayramlarından birində baş verib. Amma bu yaxınlarda bir Avropa mediası bu kitabxana haqqında videoreportaj yaımlayana qədər mediada bir o qədər də işıqlandırılmayıb.

Kitabxanadan yanmış divarlardan, kitabların yarıyanmış vərəqlərindən və kitabxana avadanlıqlarının qalıqlarından başqa heç nə qalmayıb.

Qədim mətnlər və müqəddəs İslam kitabları, o cümlədən möhtəşəm xəttatlıq nümunələri də daxil olmaqla 4500-dən çox kitaba malik olan bu kitabxana Bihardakı "Əzizə" adlı İslam Məktəbinin bir hissəsi idi.