Apr 25, 2023 20:49 Asia/Baku
  • Pakistanda partlayış nəticəsində 17 nəfər ölüb, 50 nəfər isə yaralanıb

Pakistanın şimal-qərbində antiterror polis mərkəzində baş verən iki partlayış nəticəsində azı 17 nəfər öldüyü və 50 nəfərin isə yaralandığı bildirilir.

SəhərAzəri-nin məlumatına görə, Pakistanın yüksək vəzifəli rəsmilərindən biri olan Attullah Xan bazar ertəsi gecə bu partlayışların Xeybər-Paxtunxva əyalətindəki Svat vadisinin antiterror polis mərkəzində baş verdiyini bildirib.

Hələlik heç bir qrup bu partlayışa görə məsuliyyəti üzərinə götürməyib, lakin Pakistan Talibanı son aylardakı oxşar hücumlara görə məsuliyyəti öz üzərinə götürdüyü gündəmdə qalmaqdadır.

 

Teqlər