Apr 26, 2023 18:49 Asia/Baku
  • Amerikalıların təkcə 26 faizi Baydenin yenidən namizədliyini dəstəkləyir

ABŞ-da aparılan ən son rəy sorğusunun nəticələri göstərir ki, bu ölkə əhalisinin yalnız dörddə biri ABŞ-ın hazırkı prezidenti Co Baydenin 2024-cü il prezident seçkilərində təkrar namizədliyini dəstəkləyir.

SəhərAzəri-nin məlumatına görə, ümumilikdə amerikalıların 26 faizi Baydenin yenidən namizədliyini görmək istəyir.

Rəy sorğusu “Associated Press” və Çikaqo Universitetinin “NORC” İctimai Əlaqələr Araşdırma Mərkəzinin əməkdaşlığı ilə aparılıb.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı yayımlanan bir videoda ABŞ-da keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü rəsmən elan edib.

Bayden bu videoda seçicilərdən prezidentliyinin başlanğıcında verdiyi vədi tamamlamaq üçün ona daha çox vaxt vermələrini və Amerikanın ən yaşlı prezidentinin səlahiyyət müddətinin daha 4 il uzadılması ilə bağlı narahatlıqlarını bir kənara qoymalarını istəyib.

 

Teqlər