Apr 27, 2023 19:41 Asia/Baku
  • İranda təyyarə sənayesinin inkişafı rusları maraqlandırıb

Rusiya İranın xarici sanksiyalar altında təyyarə istehsalının inkişafı təcrübəsi ilə maraqlanır.

SəhərAzəri-nin məlumatına görə, Bu barədə Avrasiya İqtisadi Komissiyasının Sənaye Siyasəti Departamentinin müavini Mixail Yusov "RİA Novosti"yə bildirib. O deyib ki, Rusiya xarici sanksiyaların təzyiqi şəraitində təyyarə sənayesinin inkişafında İranın təcrübəsini öyrənməkdə maraqlıdır.

"İranın özəlliyi ondan ibarətdir ki, onlar uzun illərdir sanksiyalar altında yaşayırlar, lakin onlar təyyarə sənayesini inkişaf etdirmək yolunu tapıblar. Onlar təyyarələri təmir edə bilirlər. Bu baxımdan iranlıların təcrübəsi bizə faydalı ola bilər”, - deyə agentliyə müsahibəsində rusiyalı rəsmi bildirib.

Bir sıra Qərb ölkələri Ukraynaya görə Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq edib. Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, Rusiyanı dayandırmaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl bəyan etmişdi ki, təyyarələrin və əmlakın müsadirəsi, rusiyalı iş adamlarına qarşı sanksiyalar Qərbdə şəxsi mülkiyyətin müqəddəsliyinin çökdüyünü və orada biznes qurmaq təhlükəsini açıq-aşkar nümayiş etdirir.

 

Teqlər