May 04, 2023 16:37 Asia/Baku
  • Putinin sözçüsü ABŞ və Ukraynanı ittiham etdi

"Kiyev həm hədəfləri, həm də zərbə üçün vasitələri Vaşinqtonun diktəsi ilə seçir".Bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov mayın 4-də jurnalistlərə açıqlamasında deyib.

  SəhərAzəri-nin məlumatına görə, Dmitri Peskov bildirib ki, Ukrayna PUA-larının Kremlə hücumu araşdırılır: “Biz inanırıq ki, bu işin arxasında Kiyev var. Kiyevin Kremlə hücumunun arxasında isə Vaşinqton dayanır. ABŞ-ın bu məsələdən boyun qaçırmaq cəhdləri gülüncdür”.

  D.Peskovun sözlərinə görə, sözügedən hadisədən sonra Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatının” məqsəd və vəzifələri dəyişməyib: “Biz cavab tədbirləri üçün müxtəlif variantları nəzərdən keçiririk. Hazırda Kremldə vəziyyət normaldır, hər kəs öz işi ilə məşğuldur. Kremlin təhlükəsizliyi daha da gücləndiriləcək”.

  Qeyd edək ki, mayın 3-də Kremlə dronlarla hücum olub. Rusiya Prezidentinin Mətbuat Xidməti bu məsələdə Ukraynanı ittiham edib və hadisəni terror aktı kimi qiymətləndirib. Kremldən bildirilib ki, bu, dövlət başçısı Vladimir Putinə sui-qəsd cəhdidir. Ukrayna tərəfi isə Rusiyanın ittihamını rədd edir.

 

 

Teqlər