Pakistanda etirazlar gərgin həddə olaraq davam edir +VİDEO
May 10, 2023 18:27 Asia/Baku
Pakistanda etirazlar gərgin həddə olaraq davam edir: 2 nəfər öldü, 1000 nəfər isə həbs edildi
Məlumata görə, Pakistanın keçmiş baş naziri İmran Xanın tərəfdarları ilə polis qüvvələri arasında dünən baş verən qarşıdurma nəticəsində azı 2 nəfər ölüb, 1000-dən çox adam həbs edilib. Bu arada, bu gün (çərşənbə günü) Pakistanda məhkəmə İmran Xanı dövlət hədiyyələrini qeyri-qanuni yolla satmaqda ittiham edib.