May 14, 2023 14:42 Asia/Baku
  • “ABŞ daxili qarşıdurmalardan sarsılan bir millətdir”

ABŞ prezidenti Harvard Universitetindəki çıxışında bu ölkədə hökm sürən irqi ayrı-seçkilik fenomenindən özünü təmizə çıxarmağa cəhd göstərsə də tələbələrin plakatları hakimiyyətə inamın olmadığını nümayiş etdirib.

SəhərAzəri-nin məlumatına görə, ABŞ Prezidenti Co Bayden qaradərili tələbələrin üstünlük təşkil etdiyi Harvard Universitetinin buraxılış mərasimində çıxış edərkən ölkədə ən böyük terror təhlükəsinin “ağların üstünlüyü” olduğunu bildirib.

Co Bayden bu bəyanatları təkcə tarixən qaradərililərin üstünlük təşkil etdiyi məktəblərdə deyil, həmişə və hər yerdə gündəmə gətirdiyini bildirib.

Çıxışında ABŞ-ı daxili qarşıdurmalardan sarsılan bir millət kimi xarakterizə edən Bayden tələbələri “millətin ruhu üçün mübarizə aparmağa” çağırıb.

Baydenin irqçiliyə qarşı çıxışları tələbələr tərəfindən birmənalı qarşılanmayıb belə ki onlar "Bayden və Harris qaradərililərlə maraqlanmır" və "Ayağa qalxın, döyüşün, qaralar hücuma məruz qalır" yazılı pankartlar qaldırıblar.

Teqlər