May 17, 2023 14:49 Asia/Baku
  • Ukraynada “Patriot” sistemi zədələnib

Ukraynada Rusiyanın raket zərbəsi nəticəsində “Patriot” hava hücumundan müdafiə sistemi sıradan çıxıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə CNN telekanalı ABŞ administrasiyasının adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Hava hücumundan müdafiə sisteminin dəqiq harada yerləşdiyi barədə məlumat verilmir.

Mənbə onu da qeyd edib ki, dəymiş ziyanın miqyası qiymətləndirilir. Sistemin Ukraynada təmir oluna biləcəyi halda onun Ukraynadan çıxarılmasına ehtiyac olmayacaq.

Teqlər