May 26, 2023 17:48 Asia/Baku
  • Rusiyadan Hindistana ixracat artıb

Rusiyadan Hindistana ixracat son maliyyə ilində dörd dəfə yarım artıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, X- Hindistan ticarət və sənaye nazirliyi özünün ən yeni məlumatında cari maliyyə ilində Rusiyadan Hindistana ixracat inkişafını ondan qabaqkı il ilə müqayisədə dörd dəfə yarım çox elan edib.Əgər 2021-2022-ci maliyyə ilində rusların Hindistana ixracat dəyəri, on milyard dollar civarında idisə, bu rəqəm yeni maliyyə ilində 46 milyard dolları ötüb keçibdir.

M- Hindistan neftayırma zavodları Rusiyanın ucuz neft satışını davam etdirəcəyi zamanadək onun alıcısı olmağı qərara alıblar. Biz bu sahədə öz iqtisadi mənfəətimizin fikrindəyik. Ruslar ucuz təqdim edirlər, biz də onu alırıq.

X- Son bir il ərzində Rusiyanın Hindistana ixracat payı, bir tam yüzdə altmış bir faizdən/ altı tam onda beş faizədək artıb.M- Rusiyadan xam neft idxalı bundan qabaq bir faiz idi. Bu il isə, otuz faizi ötüb keçibdir. Bu ucuz neftin satın alınmasının mənfəəti, özəl yanacaq şirkətləri və  neftayırma zavodlarının ciblərinə axır.X- Hazırkı maliyyə ilində Hindistandan Rusiyaya ixracat, on faizdən çox azalıb, amma bu ölkənin idxalatı təqribən beşqat artıbdır. 2022-ci maliyyə ilində Hindistanın 25-ci ticarət ortağı olan Rusiya, hazırda Çindən sonra bu ölkənin ikinci ticarət şərikinə çevrilib.

Teqlər