İyun 06, 2023 20:21 Asia/Baku
  • Qərb Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır

Rusiya XİN rəhbəri Moskvanın ABŞ-ın diktə etdiyi qaydalara əməl etməyəcəyini vurğulayaraq, xəbərdarlıq edib ki, Qərb Rusiyaya qarşı ikinci və üçüncü cəbhə açmağa çalışır.

SəhərAzəri-nin məlumatına əsasən, Sergey Lavrov Tacikistandakı Rusiya hərbi bazasına baxışı zamanı bildirib ki, Qərb dövlətləri daim Rusiyanı qıcıqlandırmaq, ona qarşı ikinci və üçüncü cəbhə açmaq üçün əlavə yollar axtarırlar.

"Cənubi Qafqazdan əlavə Mərkəzi Asiya bu cəbhələrdən biri ola bilər", - deyə Lavrov əlavə edib.

Avropanın Moskva ilə müharibə yolunu seçdiyinə işarə edən Rusiya xarici işlər naziri onu da bildirib ki, Qərbin Rusiyaya qarşı qurduğu planlar uğur qazanmayacaq.

"Qərb Ukrayna və Rusiyanı ayırmaq niyyətindədir, lakin bu plan iflasa məhkumdur", - deyə Lavrov əlavə edib.

Rusiya rəsmisi ABŞ-ın Əl-Qaidə və İŞİD terror qruplaşmalarını dəstəklədiyi bir halda Əfqanıstanda sülh və əmin-amanlıq bərqərar etmək iddiasını ələ salıb və qeyd edib ki, Rusiya Vaşinqtonun qaydalarına əməl etməməkdə qərarlıdır.

Teqlər