Zelenski Vatikanın sülh təklifini rədd etdi
Vatikanın sülh çağırışına qarşı çıxan Ukrayna prezidenti Kiyevin yalnız öz “sülh formatını”nı qəbul etdiyini deyib
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri (24 fevral 2022-ci il) Rusiya və Ukrayna nümayəndə heyətləri arasında müxtəlif səviyyələrdə vir neçə dəfə danışıqlar baş tutmuşdur. Bütün səylərə baxmayaraq aprılmış danışıqlar qəti atəşkəsin əldə olunmasına gətirib çıxarmayıb.
Məlumatna görə, Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə Vatikanın nümayəndəsi kardinal Matteo Zuppi ilə görüşdən sonra bildirib ki, Ukrayna digər ölkələrin və tərəf olacaq dairələrin Ukraynada sülhə nail olmaq istəyini alqışlayır, lakin bu müharibə öz ölkəmizdə davam etdiyi üçün sülh yaradacaq ən başlıca amil və təkcə qəbul ediləsi format Ukraynanın istəyidir.
Xatırladaq ki, Zuppi bazar ertəsi Ukraynaya Vatikanın “ədalətli və davamlı sülhə nail olmaq yollarının axtarışı” mesajını vermək üçün gəlib.
Artıq bu son iki ayda ikinci dəfədir ki, Zelenski dünya katoliklərinin lideri Papa Fransiskin Rusiya ilə müharibədə vasitəçilik etmək təklifini rədd edir.