İngiltərədə minlərlə həkim etiraz aksiyası keçirir
İngiltərədə minlərlə həkim maaşlarının aşağı olmasına etiraz olaraq, üç günlük tətil aksiyasına başlayıb.
İngiltərə, eləcə də Almaniya və Fransa kimi bir sıra digər Avropa ölkələrinin anti-Rusiya siyasətləri və Rusiya ilə müharibədə Ukraynaya verdikləri dəstək, 2022-ci ildən bəri onları iqtisadi böhran və yaşayış xərclərinin artması ilə üzləşdirib.
Bu böhran inflyasiyanın artmasına və bu ölkələrin müxtəlif təbəqələri arasında narazılığın artmasına, ardınca isə maaş və iş şəraitinə etiraz olaraq, ardıcıl tətillərin keçirilməsinə səbəb olub.
"FARS" xəbər agentliyinin məlumatına görə, ingiltərəli həkimlər maaşlarının aşağı olmasına etiraz olaraq, bu gün çərşənbə günü səhər saat 7:00-dan başlayaraq, şənbə günü səhər saat 7:00-a qədər 72 saatlıq tətil aksiyası keçirəcəklər ki, proqnozlara görə, bu ölkənin səhiyyə sektorunda geniş pozuntulara səbəb olacaq.
İngiltərənin Milli Səhiyyə Xidmətinin Milli Tibb Direktoru Stiven Pouis xəbərdarlıq edib ki, tətil İngiltərənin səhiyyə sektoruna geniş təsir göstərəcək və çox sayda xəstənin planlaşdırılmış qayğıdan məhrum olmasına səbəb olacaq.
Aprel ayında təxminən 27,000 həkim dörd günlük tətil aksiyası keçirdi ki, bu da, 196,000 ambulator qəbulun və əməliyyatların təxirə salınmasına səbəb oldu.
Onlar maaşlarının dəyərini 2008-2009-cu illərin səviyyəsinə qaytarmaq üçün maaşlarının 35 faizlik artırılmasını istəyirlər.
İngiltərənin səhiyyə naziri "Steve Barclay" isə onların tələbini əsassız adlandırıb və onu rədd edib.
Britaniya Tibb Assosiasiyasının kiçik həkimlər komitəsi gələn həftə öz üzvləri arasında yenidən səsvermə keçirmək və daha altı ay müddətinə tətillər üçün yeni mandat təyin etmək niyyətindədir ki, əgər kifayət qədər həkim yenilənmiş tətil aksiyasını dəstəkləsə, İngiltərənin səhiyyə sektoru 2024-cü ilin əvvəlinə qədər tətil aksiyaları ilə əlbəyaxa ola bilər.
Birlik yaxın gələcək üçün hər ay üç günlük tətil aksiyası təşkil etmək niyyətindədir.