İyun 15, 2023 15:52 Asia/Baku
  • Astana formatı çərçivəsində görüşlərin növbəti raundu başlayacaq

İyunun 21-də Qazaxıstanın paytaxtı Astanada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirlərinin müavinlərinin görüşü keçiriləcək.

Bu barədə Rusiya prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Görüşlərin yeni raundu elə bir halda başlayır ki, Suriyada müharibə Suriya hökuməti və xalqının xeyrinə başa çatıb, Dəməşq Ərəb Liqasının dəvəti ilə bu təşkilata qayıdıb və ərəb ölkələri Suriya ilə diplomatik əlaqələri bərpa etməyə çalışır.

Boqdanovun sözlərinə görə, Dəməşq və Ankara arasında gərginliyin azaldılması üçün vasitəçilik bu görüşün gündəmlərindən biridir. Boqdanov Rusiyanın bu məsələdə vasitəçilik missiyasının uğur qazanacağına ümid etdiyini bildirib.

Ankara ilə Dəməşq arasında münasibətlər 2011-ci ildə Suriyada münaqişə başlayandan sonra kəskinləşib. Daha sonra suriyalı qaçqınlar dalğası Türkiyəyə axışıb və iki ölkə arasında diplomatik əlaqələr kəsilib.

 

Teqlər