23 ildən sonra Amerikada həbsdə olan Livan vətəndaşı günahsız olduğu sübuta yetdi
Amerika heç bir səbəb və sübut olmadan 23 il ABŞ həbsxanalarında məhbus olan Livan vətəndaşını azad etdi.
Xəbərə görə, Amerika mediası tərəfindən “Hizbullahın Amerika torpağında ən təhlükəli ünsür” kimi qələmə verilən və onun barəsində 2 kitab, bir sənədli film və mətbuatda haqqında onlarla xəbərlərin, eləcə də bir çox Hollivud hekayəsi yazılmış, Məhəmməd Yusif Həmud , 23 ildən sonra Amerikada həbsdə qaldıqdan sonra azad edilib. O daha sonra Beyrut hava limanında livanlıların qarşılanması ilə ölkəsinə geri dönüb.
Məhəmməd Yusif Həmudun ailəsi deyir ki, o, 1992-ci ildə mühacir kimi Livanı tərk etmiş və indi 23 il Amerika həbsxanalarında yatdıqdan və ABŞ-da 155 il həbs cəzasına məhkum edildikdən sonra Beyruta qayıdıb.
Hazırda 49 yaşında olan Hamud "əl-Əxbar" qəzeti ilə söhbətində Amerika məhkəmə sisteminin ona qarşı heç bir sübut tapmadığını və onu həbsə atmaq üçün fpuç iddialara bənzər bir hekayə uydurduğunu deyib.