Rusiya Qərbə açıq mesaj verdi
Putin taktiki nüvə silahlarını Belarusda yerləşdirir
Rusiya Prezidenti Vladimir Putin Belarusda nüvə silahları yerləşdirməklə Qərbə xəbərdarlıq etdiyini deyib.
Putin açıqlamasında deyib ki, ölkəsi ABŞ-ın 1945-ci ildə Yaponiyaya atdığı atom bombalarından təxminən üç dəfə güclü olan taktiki nüvə silahlarını Rusiyadan tədarük etməyə başlayıb.
Rusiya liderinin sözlərinə görə, ilin sonuna qədər silahların sayı artacaq: “Lakin Moskva hələlik nüvə silahından istifadə etməyə ehtiyac görmür”.
Putin əlbəttə qeyd edib ki, bu, məhz çəkindirmə elementidir. Rusiyaya strateji məğlubiyyət vermək haqqında düşünənlərin hamısı bu şəraitdən xəbərdar olsunlar.
Moskva Sovet İttifaqının süqutundan sonra Rusiyadan kənarda döyüş başlıqlarını – potensial olaraq döyüş meydanında istifadə oluna biləcək qısamənzilli nüvə silahlarını ilk dəfədir yerləşdirir.