İyun 23, 2023 18:03 Asia/Baku
  • Qərb son ukraynalıyadək döyüşmək qərarındadır

Rusiya prezidenti bildirib ki, ölkənin əks-hücumları başlayandan bəri Ukrayna qüvvələrinin itkiləri Qərbin son ukraynalıyadək Rusiyaya qarşı döyüşmək qərarını göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkənin əks-hücumları başlayandan bəri Ukrayna qüvvələrinə dəymiş ziyanı və verdiyi itkiləri Qərbin son ukraynalıyadək Rusiyaya qarşı döyüşmək qərarını göstərir.

Qeyd edək ki, bu ölkənin Təhlükəsizlik Şurasının iclasında Müdafiə Nazirliyi və Rusiya Kəşfiyyat Xidmətinin hesabatlarını dinləyən Putin çıxışında bidirib ki, Kiyevə daha çox texnika və silah-sursat təmininə baxmayaraq, Ukraynanın hərbi dəstəyi məhduddur, lakin bu hələ son demək deyil və hər hansı bir qərar verərkən mütləq bu nəzərdə saxlanılmalıdır.

Putinin bu bəyanatları Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov cümə axşamı günü NATO qüvvələrinin Ukraynada yerləşdirilməsinin ABŞ üçün tarixi səhv bir addım olduğu haqda xəbərdarlıq etməsinə təsadüf edir.

Ryabkov daha sonra çıxışında qeyd edib ki, “Ukraynada NATO-nun iştirakı böyük tarixi səhvdir və biz bu haqda bir daha NATO-nu öz nəzrətində saxlamış ABŞ-a xəbərdarlıq edirik”

Xatırladaq ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibinin Rusiya ilə müharibə şəraitində olduğu halda Ukraynanın üzvlüyünə qarşı çıxmasına baxmayaraq, Paris və London Kiyevin bu hərbi alyansa tezliklə qoşulmasına razılıq veriblər.

Rusiya dəfələrlə NATO-nun genişlənməsinin doğura biləcək problemləri haqda xəbərdarlıq etsə də, Ukraynaya qarşı hərbi əməliyyatlara başlamasının səbəblərindən biri kimi Kiyev rejiminin bu alyansa qoşulmaq qərarı olduğunu bildirib.

Rusiya dövləti həmçinin, NATO ərazisinin keçmiş sovet ərazilərinə genişlənməsi Rusiyanın milli təhlükəsizliyini və təsir dairəsini təhdid etdiyini də dəfələrlə vurğulayıb.

 

Teqlər