«Rusiyanın nüvə təhdidi» iddiasına cavab verməyə dəyməz
Rusiya xarici işlər naziri Amerika və Ukrayna başçılarının Moskvanın nüvə təhdidi barədəki son ifadələrini tənqid atəşinə tutub.
ABŞ prezidenti Co Bayden son zamanlar Kaliforniyada etdiyi çıxışda demişdi ki, Rusiya prezidenti Vladimir Putinin nüvə silahlarından istifadə barədəki təhdidi, əsl taktikadır.Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenskinin sözlərinin qarışıq zehni cərəyandan irəli gəldiyini bildirib.Lavrov deyib: Amerika prezidentinin son zamanlar söylədiyi məsələ barədə fikir bildirmək, digər siyasi müşahidəçilər kimi, mənim üçün çətindir. Müşahidəçilər də bu iddianı necə şərh etməyə məətəl qalıblar.Bu yüksək vəzifəli rus diplomat əlavə edib: Real əsasa malik olmayan söz avantüralarına əhəmiyyət vermirəm.