İyun 29, 2023 15:13 Asia/Baku
  • Zaxarova: Moskva Qarabağda atəşkəs rejiminin tez-tez pozulmasından narahatdır

Rusiya Federasiyası Qarabağda münaqişə tərəflərini təmkinli olmağa və mübahisəli məsələlərin diplomatik yolla həllinə çağırır.

Bu barədə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Cənubi Qafqazda sülhün Rusiyasız mümkün olmayacağını qeyd edən diplomat vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi Birləşmiş Millətlər Təşkilatının qərarı əsasında dəstəklənə bilər, lakin bunun üçün hər iki tərəfin razılığı lazımdır.

Qərbin vasitəçilik səylərinə diqqət çəkən XİN rəsmisi deyib ki, bütün bunlar prosesi ələ keçirmək üçün Moskva ilə müəyyən qısqanc rəqabətin olması təəssüratını yaradır.

“Cənubi Qafqaza sülh gətirmək cəhdləri yalnız anti-Rusiya meyilli olmadıqda və bizim səylərimizlə rəqabət aparmadıqda mümkün ola bilər”, - o əlavə edib.

 

Teqlər