Avropa ölkəsində vandallıq:
İsveçdə yenə Quranı yandırmağa icazə verdilər
İsveç polisi Qurban bayramının başlaması ilə eyni vaxtda Stokholmdakı məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.
İsveç hökuməti bu təhqiramiz hərəkəti ifadə azadlığı ilə əsaslandırır və qərarı müdafiə edir.
Qeyd edək ki, yanvar ayında oxşar aksiya Türkiyənin İsveçdəki səfirliyi qarşısında günlərlə etirazlara səbəb olmuş və ölkənin NATO-ya üzvlüyünün dondurulmasına səbəb olmuşdu.
Bu nifrət dolu hərəkət Avropada islamofobiya, irqçi və ayrı-seçkilik hərəkətlərinin həyəcanverici səviyyəyə çatdığına dair daha bir nümunədir.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bununla bağlı deyib: “Təəssüf ki, bəzi Avropa ölkələri keçmişdə olduğu kimi ifadə azadlığını dəstəkləmək kimi saxta bəhanə ilə ekstremist və radikal ünsürlərin çirkin əməlinə şərait yaradırlar. Bu dövlətlər insan haqları ilə bağlı gözəl şüarlara baxmayaraq, öz cəmiyyətlərində İslamofobiya və anti-İslam hərəkətlərini faktiki olaraq təşkilatlandırırlar”.
O əlavə edib ki, bir milyard yarım müsəlmanın müqəddəs kitabının təkrar təhqir olunması bütün müsəlmanlara qarşı nifrət və zorakılığı təbliğ etməyin bariz nümunəsidir və bu cür hərəkətlərin söz və fikir azadlığı ilə heç bir əlaqəsi yoxdur.
İranlı diplomat İsveç hökumətindən müsəlmanların hissləri ilə oynayan vandal şəxslərin cəzalandırılmasını tələb edib.
Bu arada Dağıstanın Dərbənd şəhərinə baş çəkən Rusiya dövlət başçısı Vladimir Putin bəyan edib ki, Rusiya Qurana və müsəlmanların dini hisslərinə dərin hörmət bəsləyir.
Onun dediyinə görə, Qurana hörmətsizlik Rusiya Federasiyasının Konstitusiyasına və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci maddəsinə əsasən cinayətdir.