Priqojin və dəstəsi haradadır?
Belarus mediası muzdluların bu ölkəyə gəlişini inkar edir
İyun 29, 2023 16:01 Asia/Baku
“Vaqner” muzdlularının Belarusda olması barədə məlumat planlaşdırılmış dezinformasiya kampaniyasıdır.
Bu barədə “Belarus Qayun” portalı məlumat yayıb.
Materialda deyilir ki, son günlər mətbuatda və sosial şəbəkələrdə “Vaqner” muzdlularının və onların rəhbəri Yevgeni Priqojinin tapıldığı və ya Belarusa gəldiyi barədə məlumatlar yayılıb. İyunun 28-nə olan bilgiyə görə, Priqojin iyunun 27-də Belarusda olub. Lakin onun səfərinin məqsədinin nə olduğu məlum deyil. Onun ölkəni öz təyyarəsi ilə tərk edib-etməməsi barədə də məlumat yoxdur.
Qeyd olunur ki, hazırda "Vaqner"in bölmələri Belarusa hələ gəlməyib. Amma gələ bilərlər.
Xatırladaq ki, Priqojin Vaqner yaraqlılarının öz bazalarına geri qayıtmasına əmr verdikdən sonra Rusiyanı tərk etmişdir.