İyun 29, 2023 17:29 Asia/Baku
  • Avropa Komissiyası sionist rejimi hərbi cinayətlərinə görə mühakimə etməyə çağırır

Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi bir bəyanatda Avropa İttifaqını sionist rejimi hərbi cinayətlərinə görə mühakimə etməkdə Beynəlxalq Cinayət Məhkəməsinə yardım etməyə çağırıb.

Komitə bəyanatında Beynəlxalq Cinayət Məhkəməsinin işğal olunmuş ərazilərdə törədilmiş hərbi və insanlıq əleyhinə cinayətlər üzrə araşdırmasında məhdud irəliləyişdən təəssüfləndiyini bildirib.

Bəyanatda əlavə edilib ki, qeyri-qanuni məskunlaşmalar iki dövlətli həll yolunun həyata keçirilməsinə və davamlı sülh və təhlükəsizliyin bərqərar olmasına əsas maneədir.

Komitə davamında məskunlaşma ilə bağlı zorakılığa son qoymaq üçün yeni səylər göstərməyə və İordan çayının qərb sahilində məskunlaşmaların genişləndirilməsinə qarşı tədbirlər görməyə çağırıb. 

Teqlər