İyul 07, 2023 15:12 Asia/Baku
  • Avropada vətəndaş müharibəsi mümkündür

Belarus prezidenti xəbərdarlıq edibdir ki, Avropa Birliyində vətəndaş müharibəsi mümkündür və müsəlmanlara qarşı təcavüz, ağılsız hərəkət sayılır.

SəhərAzəri-nin məlumatına əsasən, Jurnalistlərə müsahibə verən Aleksandr Lukaşenko Belarus informasiya agentliyi- Belta-nın/ “Avropa Birliyinin daxilində/ Avropa qitəsinin əsas sakinləri ilə// müsəlmanlar da daxil olmaqla/ digər ölkələrdən olan miqrantlar arasında müharibənin baş verməsi ehtimalı” barədəki sualının cavabında belə deyib: Mən bunu mümkünsüz saymıram. Avropada bu hadisənin baş verməsini istəməsəm də, avropalılar vətəndaş müharibəsinə doğru irəliləyirlər və Avropada/ Fransada baş verən hadisədən daha da pis bir qarşıdurma baş verəcək.

Lukaşenko Fransa polisinin atəşi ilə Əlcəzair əsilli bir gəncin öldürülməsindən sonra Fransada baş verən toqquşmalar haqda belə deyib: Əgər polis tərslik etməsəydi, gərginliyin azalması mümkün idi. Bir böhran baş verərkən/ rəsmilər xalq ilə söhbət etməlidirlər. Fransa rəsmiləri son çəkişmə və toqquşmaların bir hissəsində məsuliyyət daşıyırlar.

O, İsveçdə müsəlmanların müqəddəslərinə qarşı son hörmətsizliklər barədə isə belə söyləyib: Nə üçün bu hərəkəti edirlər? Yəni, İsveç başçıları ona mane ola bilməzdilər? Əlbəttə ki, bilərdilər, amma isveçlilər bu təcavüzü, qanuni bir haqq hesab edirlər!

 

Teqlər