Ukraynanın Krım körpüsünə zərbə etirafına cavab
https://azeri.sahartv.ir/news/dünya-i401526-ukraynanın_krım_körpüsünə_zərbə_etirafına_cavab
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukraynanı Zaporojye atom elektrik stansiyasına sistematik ziyan vurmaqla özünü xilas planına başlamaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 09, 2023 10:25 Asia/Baku
  • Ukraynanın Krım körpüsünə zərbə etirafına cavab

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ukraynanı Zaporojye atom elektrik stansiyasına sistematik ziyan vurmaqla özünü xilas planına başlamaqda ittiham edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz “Telegram” kanalında Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın “Rusiyalıların maddi-texniki təminatını pozmaq üçün Krım körpüsünə ilk zərbənin endirilməsindən 273 gün keçib” sözlərinə diqqət çəkib.

" İndi onlar Zaporojye atom elektrik stansiyasına sistematik ziyan vurmaqla "özlərinin xilası" planına başlayıblar", - deyə Zaxarova qeyd edib.

Qeyd edək ki,Ukrayna Müdafiə Nazirliyinin müavini Anna Malyar öz “Telegram” kanalında belə yazıb:

“Rusiyanın logistikasını pozmaq üçün Krım körpüsünə ilk zərbə endirilməsindən 273 gün keçib”.

Bundan əvvəl mayın 27-də Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk dolayı olaraq Ukrayna xüsusi xidmət orqanlarının Krım körpüsünün dağıdılmasında iştirakını təsdiqləmişdi.

2022-ci il oktyabrın 8-də Taman yarımadası tərəfdən Krım körpüsünün avtomobil hissəsində yük maşını partlayıb. Hadisə hərəkətdə olan qatarın yeddi yanacaq çəninin yanmasına səbəb olub. Partlayan yük maşınının sürücüsü və minik avtomobilində olan iki nəfər həlak olub.