İyul 10, 2023 07:58 Asia/Baku
  • Qanlı münaqişənin sona çatmasına ümid yoxdur - TƏHLİL

Ukraynada müharibənin başlanmasından 500 gün keçsə də, Avropa qitəsində bu qanlı münaqişənin sona çatması üçün perspektiv yoxdur.

SəhərAzəri-nin məlumatına əsasən, Qısa müddətə davam edəcəyi düşünülən müharibə uzun və qanlı hərbi qarşıdurmaya çevrilib.

Rusiya prezidenti Vladimir Putin 24 fevral 2022-ci il öz çıxışında ölkə qüvvələrinin Donbas bölgəsində xüsusi hərbi əməliyyatlara başladığını bildirdi. O Ukraynanın “militarizasiyasını dayandırmağa” çağırdı və ukraynalı əsgərlərdən silahlarını yerə qoymağı xahiş etdi. Ondan bir qədər əvvəl isə Rusiya rəsmiləri Ukraynaya NATO-ya üzv olmamaq və Donbasda yaşayan rusların hüquqlarına hörmətlə yanaşmaq tələbini irəli sürmüşdülər.

Putinin çıxışından sonra ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibəyə və onun fəlakətli itkilərinə görə Rusiyanın məsuliyyət daşıdığını bildirdi, yaranmış vəziyyətə görə isə özünün birbaşa rolunu bilərəkdən görməməzliyə vurdu.

Ukraynadakı müharibədə bir çox siyasi və hərbi inkişaflar baş verdi, lakin əhəmiyyətli insan itkilərinə və əhəmiyyətli sayda hərbi texnikanın məhvinə baxmayaraq, Rusiyanın bu müharibədən əldə etdiyi ən mühüm nailiyyət Ukraynanın 4 vilayətinin Rusiyaya birləşdirilməsidir.

Əslində Ukraynadakı müharibəni Qərbin Rusiyaya qarşı pis niyyətinin və aqressiv davranışının nəticəsi kimi qiymətləndirmək olar. Məsələ burasındadır ki, Rusiyanın Ukraynaya hücumu Rusiyanın milli təhlükəsizliyinə ciddi risklər yaratmaqla Qərbin aqressiv hərəkətlərinə reaksiyası idi.

Sübutlar göstərir ki, Soyuq Müharibədən sonrakı dövrdə tədricən Rusiya ilə düşmənçilik mövqeyinə girən və onu zəiflətməyə çalışan NATO və ABŞ indi Ukrayna müharibəsinə Rusiyanı hərbi, iqtisadi cəhətdən əzmək üçün misilsiz fürsət kimi baxırlar.

Bu baxımdan Qərbin, xüsusən də ABŞ-ın siyasət və hərəkətlərinə görə, Ukraynada müharibənin davam etməsi və genişlənməsi perspektivi əvvəlkindən daha çoxdur. Bu istiqamətdə Vaşinqton və onun qərb müttəfiqləri Ukraynaya yüz milyard dollardan çox hərbi texnika və silah veriblər və bu yolla Ukraynada müharibənin uzanmasına və bu nəhəng Şərqi Avropa ölkəsinin daha geniş şəkildə məhv edilməsinə zəmin yaradıblar. Üstəlik bu günlərdə ABŞ Kiyevə 800 milyon dollarlıq silah yardımı paketinin bir hissəsi olaraq Ukraynaya əhəmiyyətli miqdarda kaset sursatları tədarük edəcəyini bildirib.

Aydın məsələdir ki, bu qadağan olunmuş silah mümkün qədər çox rus qüvvələrini və hərbi texnikanı məhv etmək məqsədi ilə Ukraynaya göndərilir.

Beləliklə də Baydenin Ukraynaya kaset sursatları göndərmək barədə qərarı dünyanı təhlükəli uçuruma aparır.

 

Teqlər