Erik Zemmur: " "İslam" Fransanı fəth edəcək!" dedi
İyul 10, 2023 11:17 Asia/Baku
Fransanın ifrat sağçı "Rekonqista" partiyasının rəhbəri, prezidentliyə keçmiş namizəd çıxışında deyib ki, Fransa bu istiqamətdə hərəkətini davam etdirərsə, islam dövlətinə çevrilə bilər.
"Məsələn, gənc müsəlmanların əksəriyyəti islam qanunlarının ölkə qanunlarından üstün olduğuna inanır. Və liderlərimiz islamçılıq adlandırdıqları şeylə mübarizə aparmaq üçün nə edirlər? Onlar daha çox islam, daha çox məscid, daha çox imam təklif etməyə davam edirlər. Əgər bu istiqamətdə davam etsək, demoqrafik cəhətdən və demokratiyaya görə Fransa bir gün İslam Respublikasına çevrilə bilər. İslamın fəth dini olduğunu unutmamalıyıq”, - o bildirib.