İyul 13, 2023 13:53 Asia/Baku
  • Çinli hakerlər ABŞ-ın dövlət email-lərinə daxil olublar

Amerikadakı rəsmi mənbələr çərşənbə günü bildiriblər ki, bu ölkə hökuməti, xüsusən dövlət departamenti Çinin kiber hücumu hədəfinə çevrilib.

Kompüter texnologiyası nəhəngi- “Mikrosoft” şirkəti bildiribdir ki: “Storm-0558” adlandırdığımız Çindəki amil  Amerikanın bir sıra dövlət orqanı və təşkilatının email-ini hədəfə alıb.

“Mikrosoft” hücuma məruz qalmış hədəfləri müəyyən etməyib, lakin ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə günü bildiribdir ki, bu departament sözügedən kiber hücumunun hədəfi olubdur.

O, detallara toxunmadan deyib: Dövlət Departamenti qeyri-təbiii bir fəaliyyətin şahidi olub və öz kompüter sistemlərini təhlükəsizləşdirmək üçün təcili tədbirlər görüb. Departament vəziyyəti nəzarətdə saxlmağa davam edəcək. Kiber təhlükəsizliyi sahəsində biz bu hücumlara qarşı reaksiya və cavablarımızı açıqlamayacağıq və bu hadisə barədə təhqiqat aparılacaq.