ABŞ vitse-prezidentinin çıxışı qalmaqal yaradıb
https://azeri.sahartv.ir/news/dünya-i401731-abŞ_vitse_prezidentinin_çıxışı_qalmaqal_yaradıb
ABŞ vitse-prezidenti Kamala Harris planetin gələcəyi naminə əhali sayının azadılmasına çağırış edib
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 15, 2023 09:32 Asia/Baku
  • ABŞ vitse-prezidentinin çıxışı qalmaqal yaradıb

ABŞ vitse-prezidenti Kamala Harris planetin gələcəyi naminə əhali sayının azadılmasına çağırış edib

Vitse-prezident “biz əhali sayını azaldacağımız təqdirdə, övladlarımız daha çox təmiz hava alacaqlar”, - deyə siyasətçi iqlim dəyişikliyinə həsr olunan konfransda bildirib. Düzdür, sonradan sözlərinə aydınlıq gətirməli olub. Bildirib ki, “azaltmaq” əvəzinə “çirkləndirilməsi " (pollution) demək istəyib. Düzəldilən variant artıq Ağ Evin saytında yerləşdirilib.

Adətən belə qalmaqallı, gülünc bəyanatlar ABŞ Prezidenti Cozef Baydenin dilindən çıxır. Məsələn, C.Bayden ABŞ ştatlarının sayını səhv deməsi, Ukraynanı İraq adlandırması, hətta insulinin ixtiraçısı ilə danışması ilə gündəm olub.