İyul 15, 2023 15:37 Asia/Baku
  • 2023-cü ilin birinci yarısında Aralıq dənizində 289 uşaq həyatını itirib

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) cümə günü gecə saatlarında 2023-cü ilin ilk yarısında Aralıq dənizini keçərək Avropaya getmək istəyən 289 uşağın boğulduğunu açıqlayıb.

Məlumata görə, “UNICEF” bu qurbanların sayının 2022-ci ilin birinci yarısında qeydə alınan rəqəmdən iki dəfə çox olduğunu açıqlayıb.

“UNICEF”-in Miqrasiya və Qaçqınlar üzrə Direktoru Verina Knaus bildirib ki, ölənlərin faktiki sayı bu rəqəmdən daha çoxdur, çünki batan gəmilərin çoxunda sağ qalan olmur və onların sərnişinləri haqqında heç bir xəbər də əldə deyil.

Knaus daha sonra bu ölümlərin tamamilə qarşısı alına biləcəyini ifadə edərək açıqlamasında bildirib ki, bu ilin ilk 6 ayında demək olar ki, 11.600 uşaq Aralıq dənizini keçərək Avropaya gəlib.

Qeyd edək ki, son illərdə Tunis və Liviya öz vətəndaşlarının və digər Afrika ölkələrinin qeyri-qanuni immiqrasiya problemi ilə üzləşiblər.