İyul 16, 2023 15:41 Asia/Baku
  • Taxıl ixracatı razılaşması Putin-Ramafosa dialoqunun mehvərini təşkil edib

Rusiya prezidenti Cənubi Afrikadan olan həmkarı ilə telefon söhbətində onunla ikitərəfli əməkdaşlıqlar və beynəlxalq olaylar, o sıradan taxıl ixracatı razılaşması barədə danışıb.

«Taxıl ixracatı razılaşması» adlandırılan Qara dəniz təşəbbüs razılaşması ötən ilin iyun-iyul aylarında İstanbulda Türkiyə, BMT, Rusiya və Ukrayna arasında imzalandı. Bu müqavilədə məqsəd, Rusiya ilə Ukrayna arasındakı müharibəyə görə dayandırılmış Ukrayna limanlarından taxıl ixracatının bərpası olub.

Razılaşma icra edildiyi zamandan bəri bir neçə dəfə uzadılıb və sonuncu dəfə mayın on səkkizində iki ay müddətinə uzadılıb.

Kreml-in mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin// Siril Ramfosa ilə telefon danışığında deyibdir ki: Qara dəniz taxıl daşınması razılaşmasına əsasən, Rusiyanın ixracatı qarşısında duran əngəllər qalmaqda davam edir.

Putin qeyd edibdir ki: Rusiyanın mədən gübrələri və qida maddələri ixracatı qarşısında duran maneələrin aradan qaldırılması barədə Rusiya ilə BMT arasında imzalanmış öhdəliklər reallaşmayıbdır.

O, həmçinin vurğulayıb ki: Bu sövdələşmənin/ taxılın/ Afrika ölkələri də daxil olmaqla ehtiyacı olan ölkələrə göndərilməsi kimi əsas məqsədi/ icra edilməyibdir.

 

Teqlər