BMT Ukrayna ilə bağlı yeni hesabat yaydı
Müharibə başlayandan 9287 mülki şəxs həlak olub
SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin son hesabatına görə Ukrayna münaqişəsi nəticəsində 537 uşaq həyatını itirib, 1117 uşaq isə yaralanıb.
Hesabatda Ukraynada 2022-ci ilin fevralından bəri davam edən münaqişə nəticəsində 9287 mülki şəxsin həlak olduğu, 16384 nəfər isə yaralandığı bildirilir.
BMT-nin Baş katibinin Siyasi və Sülh Quruculuğu Məsələləri üzrə müavini Rozmari Dikarlonun sözlərinə görə, ölən və yaralananlar arasında uşaqlar da var.
O həmçinin bildirib ki, ukraynalı qaçqınların sayı 6,3 milyon, məcburi köçkünlər isə 5,1 milyon nəfər təşkil edib.
Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Ukraynada müharibə başlayandan bəri təxminən 4,76 milyon köçkün, o cümlədən 1,1 milyon qaçqın öz evlərinə qayıdıb.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb, bir sıra əraziləri işğal edib.
İran İslam Resoublikası Ukraynanın ərazi bütövlünü dəstəkləyir.
İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan iyulun 18-də Omanlı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib: “Ukrayna ilə bağlı olaraq, biz müharibənin dayandırılmasının və siyasi həll yoluna yönəldilməsinin vacibliyini vurğulayırıq. Biz Ukrayna da daxil olmaqla ölkələrin ərazi bütövlüyünü vurğulayaraq, müharibənin dayandırılmasında israrlıyıq və münaqişə tərəflərindən siyasi danışıqlar yolu münaqişənin nizamlanmasına qayıtmalarını xahiş edirik”.