İyul 21, 2023 16:34 Asia/Baku
  • ABŞ hansı dialoqu dəstəklədiyini açıq-aşkar bəyan etdi

Rusiyadan sonra ABŞ da rəsmi Bakıdan Laçın dəhlizinə müdaxilə etməməsini istəyib. ABŞ Dövlət Departamenti yalnız Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyini təmin edən dialoqu dəstəklədiyini vurğulayıb.

ABŞ Azərbaycanın Laçın yolunun həm kommersiya, həm humanitar, həm də şəxsi avtomobillər üçün blokada vəziyyətində saxlamasından narahatdır.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

 

Metyu Miller bildirib ki, humanitar hərəkatların dayandırılması vəziyyəti pisləşdirir və sülh prosesində etimadın yaradılması səylərini sarsıdır:

“Vaşinqton regionda sülhün Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsini ehtiva etməsi fikrini dəstəkləyir. Biz bu məqsədə çatan dialoqu alqışlayırıq”.

Qeyd edək ki, son günlər Rusiya Xarici İşlər Nazirliyi də bir bəyanat yayaraq Azərbaycan Respublikası hökumətini Laçın dəhlizindən Qarabağdakı ermənilərin sərbəst gediş-gəlişini təmin etməyə çağırmışdır.

Teqlər