Rusiya prezidenti ABŞ valyutasından imtina etmək zərurətindən danışdı:
“Dollar siyasi mübarizə aləti kimi istifadə olunur”
İyul 27, 2023 11:46 Asia/Baku
Rusiya prezidenti bəyan edib ki, dünya maliyyəsində dollar siyasi mübarizə aləti kimi istifadə olunur.
Vladimir Putin həmçinin deyib: “BRİKS maliyyə institutunun inkişaf etməsi vacibdir: “Ancaq bugünkü şəraitdə dünya maliyyəsində baş verənləri və dolların siyasi mübarizə aləti kimi istifadəsini nəzərə alsaq, bunu etmək asan deyil”.
Aprelin 22-də Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, onun ölkəsi zamanla dollar və avrodan tamamilə imtina edəcək. Bu istiqamətdə Rusiya tədarük olunan enerji resurslarının ödənişini milli valyutalara keçirməyi planlaşdırır.