Albaniya cinayətkar Məryəm Rəcəvinin ölkəyə girişinə qadağan qoydu
Avq 03, 2023 16:25 Asia/Baku
Təhlükəsizlik xidmətlərinin verdiyi məlumatda bildiriblər ki, Albaniya hökuməti bir neçə ay əvvəl Fransaya gedən terror qruplaşmasının lideri Məryəm Rəcəviyə qadağa qoyub və bu göstəriş ölkənin antiterror məhkəməsi tərəfindən verilib.
Bu məlumata görə, məhkəmə İran daxilində terror fəaliyyətinə rəhbərlik etdiyini göstərən bu terror təşkilatının mövcud sənədlərini araşdırdıqdan sonra Rəcəvinin Albaniyaya girişinə qadağa qoyan qərar çıxarıb.Qeyd edək ki, bu ilin iyununda Albaniya polisinin terrorçuların " Əşrəf 3 " qərargahına hücumu nəticəsində Məryəm Rəcəvi bu ölkədən qaçaraq Fransaya gedib.Xatırladaq ki, Azərbaycan da bir neçə deputatı bu terror təşkilatına dəstək verməkdədir.