Avq 04, 2023 16:04 Asia/Baku
  • BMT-nin baş katibi Laçın dəhlizində hərəkət məhdudiyyətinə münasibət bildirdi

“DQ-da humanitar vəziyyətin pisləşməsindən narahatıq”

BMT-nin baş katibi Antoniu Quterreş Laçin dəhlizi ilə hərəkət azadlığında yaranmış problemlərə görə narahatdır.

Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavininin şərhində deyilir: “Baş katib Laçın dəhlizi ilə hərəkət azadlığı ilə bağlı problemlərin davam etməsindən dərin narahatdır. Baş katib Beynəlxalq Ədalət Məhkəməsinin müddəalarının həyata keçirilməsini zəruri hesab edir”.

Bəyanatda qeyd olunur ki, baş katib xüsusilə yerlərdə humanitar vəziyyətin pisləşməsindən narahatdır və ehtiyacı olanları humanitar yardımla təmin etmək üçün təcili tədbirlər görməyə, tərəfləri regionda təhlükəsizlik və sülh naminə münasibətlərin uzunmüddətli nizamlanması istiqamətində səyləri aktivləşdirməyə çağırır.

 

Teqlər