Ukrayna Krimdaki Rusiya neft tankerinə hücum edib
Avq 05, 2023 14:51 Asia/Baku
Rusiyanın yerli rəsmiləri Ukrayna ordusunun uzaqdan idarə olunan hoverkraftının Krım körpüsü bölgəsində bir rus neft tankerinə hücumundan xəbər veriblər.
Bu məlumata görə, Krımı Rusiyaya birləşdirən sözügedən körpünün yaxınlığında partlayış səsləri eşidilib.
Rusiyanın Qara dənizdə yerləşən Novorossiysk ticarət limanındakı dəniz xilasetmə xidmətləri mərkəzi bildiribdir ki, yedək gəmiləri ziyan çəkən və fəaliyyətini davam etdirməyə qadir olmayan neft tankerinə kömək etmək üçün hadisə yerinə göndəriliblər.
Biz deyə bilərik ki, neft tankeri Kerç boğazının cənub hissəsində xəsarət alıb- deyə, Rusiya dəniz xilasetmə xidmətləri mərkəzi bildirib.