İslam Konfransı Təşkilatı ölkələrinin səfirləri “Qurani-Kərim”-in təhqir edilməsini pislədi
İslam Konfransı Təşkilatı ölkələrinin Londondakı səfirləri bazar ertəsi bəyanat yayaraq, “Qurani-Kərim”-in təhqir olunmasını pisləyiblər.
Məlumata görə, İranın Londondakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Mehdi Hüseyni Mətinin təklifi və İraq səfirinin təşəbbüsü ilə bazar ertəsi günü yayılan bu bəyanat siyasi xadimlər, hökumətlər və nümyaəndəliklər tərəfindən dərc olunan silsilə bəyanatlar istinad edilir. Quranın yandırılmasını pisləyən beynəlxalq iclaslarda deyilib ki, hökumətlər də daxil olmaqla, bütün müvafiq maraqlı tərəflər beynəlxalq insan hüquqları hüququna uyğun olaraq ayrı-seçkilik davranışı, ksenofobiya və nifrət yaradıcı addımlarla mübarizə üçün öz cəhdlərini daha da artırmalıdır.
Londondakı İslam Konfransı Təşkilatı ölkələrinin yüksək vəzifəli diplomatları bununla bağlı qeyd ediblər ki, hər hansı dini inanc və etiqadı təhqir etmək cəmiyyətdə qütbləşməyə gətirib çıxarır ki, bu da ciddi gərginliyə səbəb olmaqla, qəzəb, nifrət və zorakılıqla nəticələnir.
Qeyd olunan rəsmilər həmçinin “digər inanclara hörmətsizlik edən və heç bir şəkildə ifadə azadlığı kimi təsnif edilə bilməyən hərəkətlərin” qarşısının alınmasının vacibliyini vurğulayıblar.