Avq 16, 2023 14:22 Asia/Baku
  • Putin: “NATO hərbi vasitələrdən istifadə edərək ölkələrə təzyiq göstərir”

ABŞ-ın rəhbərlik etdiyi NATO alyansını tənqid edən Rusiya prezidenti bildirib ki, dünyada yeni münaqişələr törədənlər mövcud gərginliyi daha da gücləndirməyə çalışırlar.

Məlumata görə, Rusiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən bu ölkənin prezidenti NATO alyansını hərbi və mülki vasitələrdən istifadə edərək digər ölkələrə təzyiq göstərməkdə ittiham ediblər.

“China Daily” saytının məlumatına görə, Rusiya prezidenti Vladimir Putin çərşənbə axşamı günü 11-ci Moskva Beynəlxalq Təhlükəsizlik Sammitinə səfəri zamanı bildirib ki, dünya artıq yeni çoxqütblü nizamın genişlənməsinin şahidi olur.

Dünyanın çoxqütblü sistemə keçidi barədə Putin deyib ki, “Əksər ölkələr öz suverenliyini, milli maraqlarını, adət-ənənələrini və mədəniyyətlərini müdafiə etməyə hazırdırlar”

Qeyd edək ki, hazırda beynəlxalq təşkilatların nümayəndələri və qeyri-hökumət ekspertləri mühüm qlobal təhlükəsizlik problemlərinə cavab tapmaq üçün Moskva Beynəlxalq Təhlükəsizlik Sammitində iştirak edirlər.

Rusiya prezidenti həmçinin qeyd edib ki, hazırda dünyada yeni münaqişələr törədənlər mövcud gərginliyi daha da artırmağa və humanitar fəlakətlərdən qazanc əldə etməyə çalışırlar.

Putin bəyan edib ki, çoxqütblü dünya nizamı son nəticədə davamlı inkişafa və sosial, iqtisadi, texnoloji və ekoloji problemlərin həllinə töhfə verəcəkdir.

 

 

Teqlər