İran Rusiya ilə viza ləğvi sazişini yekunlaşdırmağa hazırlaşır
İran İslam Respublikasının Rusiyadakı səfiri İranın Rusiya ilə viza ləğvi sazişini yekunlaşdırmağa tam hazır olduğunu açıqlayıb.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Raştnikov daha öncə bildirmişdi ki, Moskva və Tehran turistlər üçün vizasız gediş-gəliş sazişini həyata keçirməyi nəzərdən keçirir.
Qeyd edək ki, 2021-ci il iyulun 1-də bağlanan bu müqaviləyə əsasən, həm İran, həm də Rusiya vətəndaşları digər ölkəyə turizm məqsədi ilə viza almadan gedə bilərlər.
İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlali “İzvestia” qəzetinə müsahibəsində İranın viza ləğvi razılaşmasını yekunlaşdırmağa tam hazır olduğunu açıqlayaraq bildirib ki, "Fars körfəzi sahilləri Rusiyalı turistlər üçün qış mövsümündə əlverişli bir yerdir"
Cəlali əlavə edib ki, İran Rusiya ilə ikitərəfli vizasız səfər haqqında saziş bağlamağa hazırdır.
İranın Rusiyadakı səfiri həmçinin bildirib ki, İran rus turistləri qış fəslində hava münasib olduqda İranın cənub sahillərinə Fars körfəzində səfərə dəvət etməkdən məmnunluq duyur.