Avq 18, 2023 11:45 Asia/Baku
  • Belarusun təcavüzkarlara cavabı sərt olacaq

Belarus prezidenti- Aleksandr Lukaşenko dünən deyibdir ki: Əgər Ukrayna, Baltikyanı ölkələr və ya Polşa bu ölkəyə təcavüz edərlərsə, bu təcavüzün cavabı sərt olacaq.

Belarus Litva, Latviya və Polşa kimi üç NATO ölkəsilə həmsərhəddir.

Belarus ərazisinə təcavüz edilməyəcəyi təqdirdə, bu ölkədə yerləşən nüvə silahlarından istifadə olunmayacaq- deyən, Lukaşenko qeyd edibdir ki: Əgər ölkəmizə təcavüz edilərsə, rəsmi Minsk dərhal ona cavab verəcək və bu yolda özünün bütün cəbbəxanasından istifadə edəcək.

Lukaşenko çərşənbə axşamı günü on birinci Moskva beynəlxalq təhlükəsizlik konfransının iştirakçılarına xitabən etdiyi çıxışında da demişdi ki: Taktiki nüvə silahlarının bu ölkədə yerləşdirilməsilə Şərqi Avropanın sürətlə hərbiləşdirilməsi, həmçinin Amerika və NATO-nun hərbi fəaliyyətlərinin artmasına münasib cavab verəcəyik.

O, əlavə edib: Əlbəttə, bu məsələ, rəsmi Minskin/ bərabər şəraitdə dünya və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlər barədə dialoqun bərpası məqsədilə yaydığı sülh layihələrinə heç bir təsir göstərməyəcək.

Belə bir halda, Belarus müdafiə nazirliyi dünən bir bəyanatda/ Rusiyadan Mİ-35 tipli hücumçu vertolyotların ilk partiyasını təhvil aldığını bildirib.