Avq 18, 2023 12:51 Asia/Baku

Dolların dünyadakı hökmranlığı sarsılıb və ölkələr dollardan imtina edirlər. Bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

“Ölkəmiz cəhənnəmə gedir. Biz artıq böyük şəxslər olmayacağıq. Gücümüz var, amma getdikcə azalır. Mən təkcə valyutamızın dəyərini demirəm, bütün dünyada valyutamızın istifadəsindən danışıram. Hava limanlarımıza, terminallarımıza baxın, çirkli və bərbad yollarımıza... Biz üçüncü dünya ölkəsiyik”, - Tramp bildirib.

Qeyd edək ki, ABŞ-ın iqtisadi və siyasi hegemoniyasının ən əsas vasitələrindən biri olan dollardan imtina təklifi ilk dəfə 2016-cı ildə İranın o vaxtkı prezidenti Mahmud Əhmədinejad tərəfindən səsləndirildi.

O vaxt Əhmədinejad ABŞ-ın istədiyi hərhansı bir ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi dolların Avro ilə əvəz edilməsi üçün proktiki addımlar da atdı. Avropa ilə ticarət əlaqələrinin Avro ilə həyata keçirilməsini təmin etdi. Sonralar İran tərəfindən qonşularla ticarət əlaqələrində də qarşılıqlı valyutadan istifadə edilməsi təklif olundu.

2018-ci il sentyabrda Türkiyə də İranın təklifinə qatıldı. ABŞ-ın bu ölkənin iqtisadiyyatına qarşı dollar vasitəsi ilə təxribatlar həyata keçirməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dollardan imtinanı təklif edib.Qırğızıstanda rəsmi səfərdə olarkən Ərdoğan ölkələr arasında milli valyutalardan istifadəyə çağırdı:

“Biz aramızda yerli və milli pullardan istifadə edərək, artıq dolların hökmranlığına tədricən son qoymalıyıq” – Ərdoğan həmin səfərdə bildirmişdi.

Latın Amerika ölkələri də ABŞ-ın dollardan bu ölkələrin müstəqilliyi və suverinlyinə qarşı təxribat vasitəsi kimi su-istifadə etdiyinə görə dollardan imtina fikrinə düşdülər.

17 oktyabr 2018-ci ildə  ABŞ-ın Venesuelaya qarşı sanksiyalar tətbiq etməsindən sonra bu ölkə valyuta bazarında dollar satmaqdan imtina edib.

O vaxt Venesuelanın vitse-prezidenti bildirdi ki,məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Vitse-prizedent artıq avrodan istifadə ediləcəyini söylədi.

ABŞ və Avropa İttifaqı ölkələri Rusiyaya Ukrayna müharibəsindən sonra iqtisadi, siyasi sanksiyalar tətbiq etdikdə, Rusiya da iqtisadi sanksiyalara cavab olaraq, neft və qaz satışını dollarla həyata keçirməkdən imtina etdi və  rublla ödənişə keçdi. Hindistan və Çin də oxşar addımlar atmağa başladılar.  

Bu yaxınlarda Beynəlxalq Valyuta Fondunun icraedici direktoru Kristalina Georgiyeva bildirib ki, dünya dollardan tədricən imtina etməyə başlayıb. O qısa zamanda bunun geniş təsirlərə malik olmasını gözləməsə də tədricən dünyanın ABŞ dollarından imtina edəcəyinin mümkün olduğunu bildirib. Beləliklə ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu barədəki xəbərdarlığı real görünür.