Niger xalqı müstəmləkəçi dövlətlərə yox deyir
Daha bir Avropa səfirinin ölkəni tərk etməsi tələb edildi
Avq 26, 2023 14:07 Asia/Baku
Nigerdə dövlət çevrilişindən sonra ölkəni ələ almış qüvvələr və xalq Almaniyanın Niameydəki səfirindən 48 saat ərzində ölkəni tərk etməyi tələb ediblər.
Buna səbəb diplomatın Niger xarici işlər naziri ilə söhbətdən imtina etməsi olub.
Qeyd edək ki, bundan öncə oxşar tələb Fransa səfirinə qarşı da irəli sürülmüşdü.
Başda Fransa və Amerika olmaqla Qərb ölkələri, uzun illərdir Afrika ölkələrinin qızıl, almaz, neft və digər təbii sərvətlərini talayır və Afrikada yaşayan xalqları yoxsul həyat sürməyə məcbur edir.