ABŞ qüvvələri Suriya neftini oğurlamağa davam edir
Daha 60 tanker neft İraqdakı bazaya çatdırılıb
ABŞ qüvvələri yüzlərlə ton Suriya nefti ilə yüklənmiş tankeri Suriyanın Əl-Cəzirə yataqlarından İraq ərazisinə göndərib.
Şahidlər bildirirlər ki, xam neftlə yüklənmiş 60 tanker qrup halında qeyri-qanuni Əl-Valid keçidini tərk edərək İraq torpaqlarındakı ABŞ bazasına doğru istiqamət alıb.
Məlumat üçün qeyd edək ki, ABŞ Suriyanın şimalında və şimal-şərqində, Suriyanın ən böyük neft və qaz yataqlarının yerləşdiyi Deyr əz-Zor, Həsəkə və Riqqə əyalətlərinə qeyri-qanuni nəzarət edirlər.
2016-cı ilin dekabrında ABŞ-in hərbi qolu kimi də fəaliyyət göstərən İŞİD terror təşkilatının Suriyada məğlubiyyətə uğraması ilə bu qrupun birbaşa yerinə gələn Amerika qüvvələri o vaxtdan etibarən İŞİD əvəzinə Suriya neftini çıxarıb oğurlamağa başlayıb və kürd yaraqlılarından ibarət YPG terror təşkilatı da oğurluq əməliyyatında yaxından iştirak edir.